9 qollu matçdan PSJ qalib çıxdı Video

29.04.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində alman nəhəngi “Bayern Münxen” Parisdə PSJ-nin qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, 9 qolun vurulduğu matçdan meydan sahibləri qalib ayrılıblar.
Luiş Enrikenin yetirmələri rəqiblərini 5:4 hesabı ilə üstələyiblər.
PSJ-nin qollarını Xviça Kvaratsxeliya (dubl), Xuan Neveş, Usman Dembele (dubl), “Bavariya”nın qollarını isə Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luiz Dias vurub.
Cavab görüşü mayın 6-da baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər matçı bu gün İspaniyada “Atletiko” və “Arsenal” klubları arasında baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью