Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bu gün UEFA Millətlər Liqasında ikinci finalçısı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalda İspaniya və Fransa yığmaları qarşılaşıblar.
Almaniyada təşkil olunmuş qarşılaşmada 9 qol qeydə alınıb. Yekunda ispanlar 5:4 hesabıyla qalib gələrək finala yüksəliblər.
Beləliklə, bazar günü baş tutacaq finalda İspaniya yığması Portuqaliyanı sınağa çəkəcək.
Fransa isə Almaniya ilə 3-cü yer uğrunda mübarizə aparacaq.