9 rəqibdən biri də Azərbaycan komandası olacaq

21.12.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın “Dinamo” (Mahaçqala) klubu qış fasiləsində Azərbaycan komandası ilə yoxlama görüşü keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şamil Qazizov “Metaratings.ru”ya açıqlamasında deyib:

“Bütün rəqiblərimizlə bağlı qərarı vermişik. Təlim-məşq toplanışında 9 oyun keçirəcəyik. Rəqiblər hardan gələcək? Azərbaycan, Rusiya, Qazaxıstan. Səhv etmirəmsə, Serbiya komandası ilə də bir oyunumuz olacaq”.

Azərbaycan klubları hələ toplanışla bağlı qərarlarını açıqlamayıb. Ölkə xaricinə yollanacağı məlum olan yeganə komanda isə “Turan Tovuz”dur.

“Dinamo” yanvarın 13-də Antalyaya yollanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью