9 saat Tülkü balası üçün mübarizə apardılar

09.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniyada xilasedicilər yerin altında dar boruya ilişib qalan tülkü balasını doqquz saatdan çox davam edən əməliyyat nəticəsində xilas ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə Linkolnşirdəki Hamberstonda baş verib. Sakinlər küçə barmaqlığının altından heyvanın səsini eşidərək xilasedicilərə müraciət ediblər.

Yanğınsöndürənlər tülkü balasının təxminən 60 santimetr dərinlikdə, diametri cəmi 10 santimetr olan boruda ilişib qaldığını müəyyənləşdiriblər. Daha sonra vəhşi təbiət xilasediciləri, “Anglian Water” şirkətinin mühəndisləri və baytarlar əməliyyata cəlb olunublar.

“Valor” adı verilən tülkünün yeraltı borularla təxminən 300 metr irəlilədiyi və daha sonra ilişib qaldığı məlum olub. Mühəndislər onun yerini müəyyənləşdirmək üçün termal görüntüləmə və xüsusi kameralardan istifadə ediblər.

Bir neçə saat davam edən qazıntı işlərindən sonra boruya çıxış əldə edilib və tülkü ehtiyatla çıxarılıb. Onun ön ayaqlarının borunun daxilində ilişdiyi müəyyənləşib.

Bir neçə yara alan heyvan xilas edildikdən sonra əməliyyat olunub. Baytarlar tülkü balasının tam sağalacağını gözləyirlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью