9 saatlıq əməliyyat etdirən məşhuru hava limanında tanımadılar Pasport şəkli ilə eyni deyil

10.06.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Etdirdiyi plastik əməliyyatla tez-tez gündəmə gələn məşhur türkiyəli modelyer Gülşah Saraçoğlu Kiprdən qayıdarkən pasport nəzarətində problemlər yaşayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saraçoğlu pasportundakı şəklinə bənzəmədiyi üçün hava limanında qalıb.

O, plastik əməliyyat keçirtdiyi üçün tanınmağa görə barmaq izi üsulundan istifadə edib.

Keçən ay 9 saatlıq plastik əməliyyat keçirən və tamam başqa adama çevrilən Saraçoğlu yaşadığı hadisəni belə izah edib:

"Polis nəzarətində ilişib qaldım. Şəxsiyyət vəsiqəmdəki şəkillə hava limanında çəkilən foto uyğun gəlməyincə barmaq izimi aldılar".

Həmin kadrları təqdim edirik:

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью