Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial media platformalarında hər gün milyonlarla video paylaşılsam da, bəziləri sadəliyi və qeyri-adiliyi ilə rekordları alt-üst edir.
Ölkə.Az xəbər verir ki, budəfəki trendin mərkəzində isə "Perry trees" adlı səhifənin paylaşdığı cəmi 9 saniyəlik bir video yer alıb.
Kəndir və iplərlə işləmək sahəsində maraqlı üsullar nümayiş etdirən "Perry trees" səhifəsinin bu qısa görüntüsü qısa müddətdə 262 milyon baxış sayına çatıb. Video eyni zamanda 3.2 milyon bəyənmə (layk) alaraq platformanın ən çox maraq görən paylaşımlarından birinə çevrilib.
Səhifənin müəllifi əsasən ağac kəsimi, hasar hörülməsi və gündəlik kənd təsərrüfatı işlərində kəndirdən səmərəli istifadə yollarını göstərir. Sözügedən videoda isə o, kəndiri sadə bir manevrlə turnikə atır, kəndirdən yapışaraq maneənin digər tərəfinə keçir. Ən diqqətçəkən məqam isə odur ki, kəndir sərbəst buraxılan kimi heç bir düyün qalmadan öz-özünə açılır.
Bu kadrlar izləyicilərdə məşhur macəra filmi qəhrəmanını xatırladıb. Videonun rəy bölməsində bir istifadəçinin yazdığı "İndiana Cons da belə edir?" şərhi isə xüsusi maraq doğurub. Maraqlıdır ki, təkcə bu şərhin özü 40 mindən çox bəyənmə toplayaraq videonun populyarlığını daha da artırıb.