Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyənin futbol üzrə milli komandasının böyük turnirlərdəki uğursuz start seriyası davam edir.
“Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular” tarixləri ərzində qatıldıqları 9 turnirin (Dünya və Avropa çempionatları) 8-nə məğlubiyyətlə başlayıblar.
Türkiyə yığması bu turnirlər arasında yalnız bir dəfə — “Avro-2024”də ilk matçından qələbə ilə ayrıla bilib.
Komandanın qatıldığı böyük turnirlər və ilk oyunların nəticələri belədir:
DÇ-1954: Almaniya 4-1 Türkiyə
Avro-1996: Türkiyə 0-1 Xorvatiya
Avro-2000: Türkiyə 1-2 İtaliya
DÇ-2002: Braziliya 2-1 Türkiyə
Avro-2008: Portuqaliya 2-0 Türkiyə
Avro-2016: Türkiyə 0-1 Xorvatiya
Avro-2020: Türkiyə 0-3 İtaliya
Avro-2024: Türkiyə 3-1 Gürcüstan (Yeganə qalibiyyət startı)
DÇ-2026: Avstraliya 2-0 Türkiyə
Son olaraq keçirilən Dünya Çempionatında Avstraliyaya 0-2 hesabı ilə uduzan qardaş ölkə təmsilçisi növbəti dəfə çempionata xalsız start verməli olub.