Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çində hamilə qalma problemi ilə üzləşən Hou adlı ana gözlənilmədən yumurta hüceyrələrini stimullaşdırmaq üçün dərman qəbul etdikdən sonra doqquz uşaq gözlədiyini öyrənib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Nançan şəhərinin Hou adlı sakini evləndikdən sonra hamilə qalmaq üçün bir il uğursuz cəhd edib.
Müayinə zamanı hamiləliyin qarşısını alan çoxlu endometrial kist və poliplər aşkarlanıb.
Həkim hamilə qalma şansını artırmaq üçün ovulyasiyanı stimullaşdırmaq üçün ona inyeksiya kursu keçməyi tövsiyə edib.
Prosedur oktyabrın əvvəlində həyata keçirilib və ayın sonunda Hou hamilə olduğunu öyrənib.
Onun sözlərinə görə, sevinc böyük olub, xüsusən də ilk sınaqlar onun üçəm dünyaya gətirəcəyini təsdiqləyəndə.
"Mən sevincdən göyün yeddinci qatında idim, analıq arzum gerçəkləşmişdi", - Hou deyib.