Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.