Icma.az bildirir, Olke.az portalına istinadən.
Daha əvvəl Dağıstan küçələrində dilənən doqquz yaşlı qız təsadüfən bir qayğıkeş qadının diqqətini çəkib və bununla da həyatında yeni bir səhifə açılıb.
Ölkə.Az xəbər verir ki, azyaşlı Marhabanın hekayəsini KP.RU nəşri yazır.
Nəşrin məlumatına görə, əvvəlcə turistlərdən biri şəhərin küçələrində gözəl bir uşağı görüb onun şəklini çəkib və internetdə paylaşıb. Foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və həmin qız yerli sakin Cənnət Süleymanovanın diqqətini cəlb edib. O, qızcığazı axtarmağa başlayıb və tapdıqdan sonra dərhal onun anası, qardaşı və bacıları ilə tanış olub.
Ünsiyyət qurduqdan sonra qadın qızla doğmalaşıb və Marhaba qısa müddətdə onu “ana” adlandırmağa başlayıb. Onlar birlikdə çox vaxt keçirməyə başlayıblar. Qızcığazın anası buna etiraz etməyib, çünki övladının Süleymanovaya bağlandığını görürdü.
Bir müddət sonra Süleymanova qərara gəlib ki, qızın xarici görünüşü it-bata düşməməlidir. Bundan sonra Marhaba sosial şəbəkələrin ulduzuna çevrilib. Hazırda onun həyatını artıq 70 min abunəçi izləyir.
Hər şey qızcığazın bir videoda çəkilməsi ilə başlayıb, daha sonra ondan paltarların reklamında iştirak etməsi xahiş olunub. “Marhaba çox sevinirdi! Ən əsası isə, o, bunu həqiqətən bacarır”, — deyə qadın bildirir.
İndi qız yeni çəkilişlər arzulayır. O, pul qazanmaq, ailəsinə kömək etmək istəyir.