90 erkən evlilik cəhdi: 28 nəfər saxlanılıb

23.01.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair geniş Kollegiya iclası keçirilib.

Lent.az-ın məlumatına görə, iclasda bildirilib ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı aşkarlanıb. Bu hallar üzrə 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tətbiq olunub, əlavə olaraq 57 şəxslə profilaktik söhbətlər aparılıb.

Hesabat dövründə həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işləri başlanılıb və ümumilikdə 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.

Kollegiyada qeyd olunub ki, bu istiqamətdə profilaktik tədbirlər cari ildə də davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью