90 minə yaxın şəxsə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub

28.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində 89 809 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, müavinət ödənişləri 42 112 nəfər qız, 47 697 nəfər oğlan uşağına görə aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью