90 nəfər qarda yıxılıb 15 i əməliyyat olunub

25.02.2025

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.

Nazirlikdən Medicina.az -a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

Bildirilib ki, müraciət edənlərdən 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью