90 yaşı var 3 dil bilir, 70 ildir kitab oxuyur | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 90 yaşını haqlamış Qasım Günəş təhsil almayıb, məktəbə heç getməyib.
Buna rəğmən 3 dil bilir, kitabları isə əlindən yerə qoymur. 70 ildir maraq dairəsində olan kitabları oxuyur.
Qasım Günəş övladlarına, nəvələrinə və nəticələrinə də kitab oxumaq vərdişi aşılayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Türkiyənin Mardin bölgəsi Artuklu əyalətində yaşayan, əkinçilik və heyvandarlıqla məşğul olan Qasım dədənin uşaq vaxtı məktəbə getməyə imkanı olmayıb, amma ailənin böyüklərindən yazıb-oxumağı öyrənib.
7 övladı və 60 nəvəsi olan, ərəb dili ilə yanaşı türk və kürd dillərini də bilən Qasım Günəş gənclik illərindən bəri kitab oxumağa həvəs göstərib.
O illərdən bəri heç kitablarını yerə qoymayan Günəş yaşının çoxalmasına baxmayaraq, vaxtının çoxunu yenə də kitab oxumaqla keçirir.
Oğlunun evində yaşayan Günəş bu vərdişi aşıladığı uşaqları və nəvələri ilə də birlikdə kitab oxuyur.
Qasım Günəş AA-ya açıqlamasında ərəbcə və kürdcə oxumağı 6 yaşında atasından və əmisindən, əsgərliyə getməzdən əvvəl isə türkcə öyrəndiyini deyib.
Tam oxu
Xəbəri oxu