90 yaşlı kişiyə oğlunun ölüm xəbəri belə verildi VİDEO

09.07.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Türkiyədə 90 yaşlı kişiyə oğlunun ölüm xəbəri xüsusi həssaslıqla verilib.

Bakupost.az yerli mediaya istinadla xəbər verir ki, yaşlı ataya ağır xəbər birbaşa deyilməyib. Belə ki, qardaşı oğlu əvvəlcə peyğəmbərlərin övlad itkiləri qarşısında göstərdikləri səbir nümunələrindən danışaraq onu psixoloji olaraq hazırlayıb.

Bir qədər sonra isə ona oğlunun vəfat etdiyi bildirilib.

Xəbəri eşidən ata özünü saxlaya bilməyib, göz yaşlarına boğulub. Yaşlı kişinin uzun müddət oğlu üçün ağladığı qeyd olunur. Hadisə ətrafdakıları da kövrəldib.

Lalə,

BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью