900 ə yaxın ayını güllələyəcəklər

06.10.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb. 

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qəhvəyi ayının vurulmasına icazə verir.

Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.

Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib. 

Qeyd edək ki, Rumıniya Avropada qəhvəyi ayıların ən çox məskunlaşdığı ölkədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью