9000 ABŞ vətəndaşı Yaxın Şərqi tərk edib Rubio

04.03.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"9 000 amerikalı Yaxın Şərqdən təxliyə olunub".

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında açıqlayıb.

Bildirilib ki, ABŞ-nin Dövlət Departamenti Rubionun sözlərinə istinadən xəbər verir ki, “Daha 1 500 amerikalı evakuasiya ilə bağlı kömək istəyir”.

Rubio qeyd edib ki, ABŞ vətəndaşlarını çarter, hərbi və kommersiya reysləri vasitəsilə təxliyə etmək variantları nəzərdən keçirilir. O əlavə edib ki, hazırkı vəziyyətdə təyyarənin havada olması, lakin hava məkanının bağlanması səbəbindən geri qayıtmağa məcbur olan hallara rast gəlinib. Hücumlar və hava limanının bağlanması uçuşlarda fasilələrə səbəb olur.

Dövlət katibi həmçinin bildirib ki, ABŞ səfirlikləri və diplomatik nümayəndəlikləri İranın birbaşa hücumuna məruz qalır və bu nümayəndəliklərin bir çoxunun işçiləri əvvəlcədən təxliyə edilib. Region ölkələrindəki bəzi diplomatik nümayəndəliklər də fəaliyyətini dayandırıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью