900ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir

30.11.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin hava şəraitinə görə bağlanması səbəbindən 2880 yük maşını sərhəddə gözləyir.

Hurriyyet.az xəbər verir ki, erməni mediası sərhəddə gözləyən yük maşınlarından 863-nün Ermənistana aid olduğunu yazıb.

Qeyd edək ki, noyabrın 25-dən Yuxarı Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən yük maşınları üçün bağlanıb.

Axar.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью