91 yaşlı qadının geyimi alovlandı Yanaraq öldü

09.06.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 8-i saat 18 radələrində 1935-ci il təvəllüdlü Yevlax rayon Xaldan kəndi sakini Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilib ki, 91 yaşlı qadın tənha yaşayırmış.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью