Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Qapıçı İqor Şesterkin və “Reyncers” ümumi dəyəri 92 milyon dollar olan yeni müqaviləyə razılaşıb.
Publika.az ESPN-ə istinadla xəbər verir ki, sözləşmə 8 il davam edəcək və 28 yaşlı rusiyalı hokkeçi ildə 11,5 milyon dollar alacaq. Onun əvvəlki maaşı 5,66 milyon dollar olub.
Bununla, yeni mövsümdən etibarən Şesterkin NHL-də ən yüksək maaş alan qapıçı olacaq .