92 yaşlı nənə hər gün 200 dəfə Jim edir

20.06.2025

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BUNU NECƏ BACARIR?

Çində yaşayan 92 yaşlı qadının fiziki aktivliyi sosial şəbəkələrdə böyük maraq doğurub. Keçmiş uşaq bağçası müəlliməsi olan bu enerjili nənə hər gün 200 dəfə “jim”lə qollarını və 100 dəfə oturub-durmaqla ayaqlarını məşq etdirir.

Onun sözlərinə görə, bu nizam-intizamlı rejimi artıq neçə ildir davam etdirir və nəticələr çox müsbətdir. Yaşına baxmayaraq, dəri elastikliyini qoruyub, hətta ağaran saçları belə tündləşməyə başlayıb.

Bu hekayə internetdə qısa müddətdə yayılaraq minlərlə insanı ruhlandırıb. İzləyicilər onun iradəsinə və fəallığına heyran qalıb, onu əsl ilham mənbəyi adlandırıb.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью