Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yeşilçam"ın məşhur aktyoru, 93 yaşlı Ahmet Mekin ilk dəfə nəvəsi ilə filmdə çəkilib.
BAKU.WS xəbər verir ki, o, Mekin Sezer ilə "Bak Postacı Geliyor" adlı ekran işində rol alıb.
Mekin filmdə "Kokucu Davut" obrazına həyat verib.
Ekran əsərində hadisələr 1960-cı illərdə cərəyan edir.
Süjet xəttində poçtalyon Osmanla qəsəbələrdən birində yaşayan Gülizarın eşq hekayəsindən bəhs edilir.
Film dekabrın 12-də tamaşaçılara təqdim olunacaq.