94 min manatlıq zərər: Dələduz sərbəst gəzir

21.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ayaz Mahmudov adlı vətəndaş atasının etibarından sui-istifadə edilərək aldadıldığını və böyük məbləğdə zərər çəkdiklərini bildirib.

“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, bir nəfər özünü paytaxtda fəaliyyət göstərən marketlər şəbəkəsində meyvə tədarükünə cavabdeh şəxs kimi təqdim edib.

Daha sonra o, saxta vədlərlə ümumən 94 min manat dəyərində meyvəni mənimsəyib. pizza hut

Vətəndaş iddia edir ki, sözügedən şəxs eyni dələduzluq əməlləri ilə başqalarını da aldadıb.

Məsələ ilə bağlı artıq polisə rəsmi müraciət edildiyi, lakin hələlik heç bir nəticə əldə olunmadığı vurğulanıb. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью