94 yaşlı milyardçı qocalıqdan şikayətləndi

15.05.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı investor  Uorren Baffett qocalığın simptomlarından şikayətlənib.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 90 yaşına kimi özünü gənc hesab etdiyini söyləyən milyardçı artıq, bir qədər əldən düşdüyünü bildirib.

156,6 milyard dollar sərvətlə planetin 5-ci ən varlı şəxsi olan Baffett son bir neçə ildə zaman-zaman müvazinətini itirdiyini, yaddaşının korlandığını, gözlərinin zəiflədiyini deyib. 

Qeyd edək ki, Uorren Baffett hazırda özünün yaratdığı "Berkshire Hathaway" maliyyə holdinqinin baş direktorudur. Gələn ilin əvvəlindən onu bu postda 62 yaşlı Qreq Abel əvəzləyəcək.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью