Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransız rəssam Klod Monenin "Süsənlər" ("Iris") adlı əsəri Parisdə keçirilən hərracda rekord qiymətə, 50 milyon avroya (təxminən 95 milyon manat) satılıb.
Axşam.az xəbər verir ki, bu barədə BFMTV telekanalı "Sotheby's" hərrac evinə istinadən məlumat yayıb.
Hərracdan əvvəl əsərin dəyəri 22-30 milyon avro arasında qiymətləndirilirdi. Lakin gərgin keçən hərrac zamanı iştirakçılar tablonun kimə satılacağını müəyyənləşdirmək üçün 45 dəqiqə mübarizə aparıblar. Nəticədə əsər Fransada indiyədək hərraclarda satılan ən bahalı sənət əsəri olub.
Ölçüləri 1,6x1,8 metr olan tablo uzun illər Parisdə Şlyumberje ailəsinə məxsus malikanədə saxlanılıb.