Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna əhalisi 2022-ci ilin fevral ayı ilə 2024-cü ilin payızı arasında səkkiz milyon nəfər azalıb.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 1991-ci ildə müstəqillik qazandıqdan bəri Ukrayna ciddi demoqrafik problemlərlə üzləşib.
Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova bildirib ki, 2024-cü il tədqiqatlarına görə ölkə əhalisi təxminən 28-30 milyon nəfər təşkil edib.
Ukraynada sonuncu dəfə əhali siyahıyaalması 2001-ci ildə keçirilib. O vaxt əhali 48 457 000 nəfər olub.
Gülşən Şərif