95 yaşlı UNEC in zəngin və yenilikçi kitabxanaları | Icma.az
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyini qeyd edir.
Bir universitetin tarixində, inkişafında, ölkə daxilində, eləcə də xaricdə yüksək peşəkarlıqla fəaliyyətini, əldə etdiyi biliklərini nümayiş etdirən, uğurlu karyerası ilə fəxarət doğuran məzunlarının yetişdirilməsində kitabxanaların yeri əvəzsizdir.
Bu baxımdan UNEC kitabxanaları ali məktəb akademik kitabxanaları içərisində keçdiyi inkişaf yoluna görə ən uğurlularındandır.
Elmi-ədəbi mühitin formalaşmasında UNEC kitabxanaları nəinki ölkənin, hətta regionun aparıcı akademik kitabxanalarının öncüllərindəndir.
İqtisad Universiteti kitabxanalarının qazandığı bu mövqeyini qoruyub-saxlaması onun davamlı innovasiyalara, beynəlxalq əməkdaşlıqlara açıq olması, həm zəngin resurslar, həm müasir texnologiyaların tətbiqi, həm də xidmətlərinin durmadan daha da əlçatan, komfortlu olmasına çalışmasında, beynəlxalq standartlara uyğun yenilənməsindədir.
UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovanın sözlərinə görə, universitetin yarandığı 1930-cu ildən kitabxana da fəaliyyətinə başlayıb.
Universitetin dəfələrlə bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi kitabxananın fəaliyyətinə də təsirsiz qalmayıb, xüsusilə də kitab fonduna dəyən böyük zərərə baxmayaraq, 1966-cı ildən bərpa edilməyə və Əsaslı Kitabxana kimi işini davam etdirməyə başlayıb.
Tam oxu
Xəbəri oxu