96 il gözlənilən qələbə Fransada sensasiya

27.02.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa kubokunda 1/4 final mərhələsinin oyunlarında sürpriz nəticə qeydə alınıb.  

Fanat.Az xəbər verir ki, "Liqa 1" komandası “Brest”i səfərdə məğlub edən “Dunkerk”yarımfinala yüksəlib.

Fransanın ikinci liqasının təmsilçisi oyunun gedişində 0:2 geri düşsə də, möhtəşəm geridönüş edərək 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, "Dunkerk" 96 ildən sonra Fransa kubokunun yarımfinalına yüksəlib. Komanda sonuncu dəfə 1929-cu ildə bunu reallaşdıra bilib. Sözügedən kollektiv bundan əvvəl digər Liqa 1 komandalarını - "Oser" və "Lill"i də kubokdan kənarlaşdırıb.

Qeyd edək ki, Fransa kubokunun yarımfinal oyunları aprel ayına nəzərdə tutulub.

Dünkerk "Liqa 2"-də da 3-cü pillədə qərarlaşıb. 24 turdan sonra onun 45 xalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью