96 nəfər Gürcüstandan deportasiya edildi Azərbaycanlılar da var

30.07.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Son günlərdə 96 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d'İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər dövlətlərdən ümumilikdə 96 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью