977 ni aşırdın, 1000 ə nə qaldı?...

21.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı çempionatının ikinci turunun matçında “Əl-Nəsr” səfərdə “Əl-Riyad” komandasını darmadağın edib.

“Qafqazinfo” xəbər verir ki, Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda portuqaliyalı ulduz Kriştianu Ronaldo ikinci hissənin ortalarında meydana daxil olub. Təcrübəli hücumçu 83-cü dəqiqədə Ayman Yəhyanın ötürməsini qolla tamamlayaraq matçın son nöqtəsini qoyub.

Bu qol 41 yaşlı Ronaldo üçün peşəkar karyerasında vurulan 977-ci qol kimi tarixə düşüb. Belə ki, portuqaliyalı ulduz qarşısına bu sezon 1000-ci qolunu vurmağı hədəfləyib.

Xatırladaq ki, avqustun 17-də Ronaldo yeni mövsümün onun peşəkar karyerasında sonuncu ola biləcəyini bəyan etmişdi. Portuqaliyalı hücumçu milli komanda formasında vurduğu 146 qol və keçirdiyi 233 rəsmi matçla dünya rekordçusu ünvanını qoruyub saxlayır.

Qeyd edək ki, fevral ayında Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”ə olan ögey münasibətindən və “Əl-Hilal”la müqayisədə komandaya daha az resurs ayırmasından narazı qalaraq oyunları boykot etmiş, daha sonra isə heyətə geri dönmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью