982 ci qolunu vurdu

23.10.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda səfərdə “Əl-Feysali”ni 3-1 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, qələbə qollarını Abdullah Əl-Həmdan (4-cü dəqiqə), Kriştianu Ronaldo (49-cu dəqiqə) və Qabriel Anjelo (79-cu dəqiqə) vurub.
Məğlubların qolunu isə Teo Bonqonda (66) reallaşdirib.
Bu qol Ronaldonun karyerasındakı 982-ci qolu olub və onu futbol tarixində ən çox qol vuran oyunçu edib.
Əvvəlki oyunda portuqaliyalı hücumçu iki qol vurmuş, lakin video köməkçi hakim müdaxilə etdikdən sonra onun 52-ci dəqiqədə vurduğu qol ofsaydla əlaqədar hesaba alınmamışdı.
Bununla da, “Əl-Nəsr”in xalı liqa lideri “Əl-Qadisiyə”nin xallarına çatıb və komandalar 25 xalla ilk yerləri bölüşürlər.
Ronaldonun klubu növbəti turda “Əl-Xulud”u qəbul edəcək. Oyun oktyabrın 29-da keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью