997ci gün: Rusiyanın itkiləri yeniləndi

16.11.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna müharibənin 997-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 719 240 hərbçi, 9 338 ədəd tank, 18 994 ədəd zirehli döyüş maşını, 20 520 ədəd artilleriya sistemi, 1 252 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 999 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 236 ədəd avtomobil texnikası, 18 914 ədəd PUA, 2 641 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 651 xüsusi avadanlıq itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью