Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Marketlərdə 10 AZN əvəzinə 9,99 AZN yazılmış qiymətlər buna ən sadə nümunələrdən biridir. Riyazi baxımdan aradakı fərq cəmi 1 qəpikdir. Lakin insan beyni bu iki qiyməti həmişə eyni şəkildə qəbul etmir.
Bu, iqtisadiyyatda «sol rəqəm effekti» kimi tanınan psixoloji mexanizmlə izah olunur. İnsan soldan sağa oxuduğu üçün beynimiz ilk növbədə «9» rəqəmi üzərindən qiymətləndirməyə meyllənir və 99 qəpiyi hesaba almır. Nəticədə cəmi 1 qəpiklik fərq məhsulun daha ucuz görünməsinə və alış qərarına təsir göstərir. Bu yanaşma marketinqdə geniş istifadə olunur.
Bu sadə illüziya milyonlarla istehlakçının qərarına təsir edərək şirkətlərə milyardlar qazandırır.
Pulun mənbəyi xərcləmə davranışımıza necə təsir edir?
Pulun dəyəri eyni olsa da, insanlar onu əldə etmə üsulundan asılı olaraq fərqli xərcləyə bilirlər. Davranış iqtisadiyyatında bu yanaşma «mental mühasibatlıq» anlayışı ilə izah olunur.
Nobel mükafatlı iqtisadçı Riçard Talerin araşdırmalarına görə, insanlar pulları yalnız məbləğinə görə deyil, onun mənbəyinə və hansı məqsəd üçün nəzərdə tutulduğuna görə də fərqli qiymətləndirə bilirlər.
Məsələn, zəhmətlə qazandığınız 100 manatı xərcləyərkən daha çox düşünə bilərsiniz. Eyni məbləği lotereyada qazandıqda və ya gözlənilmədən əldə etdikdə isə onu xərcləmək daha asan görünə bilər.
İqtisadi baxımdan hər iki halda söhbət eyni 100 manatdan gedir. Fərq isə insanın həmin pula münasibətindədir.
Gündəlik maliyyə qərarlarında üç mühüm prinsip
Pul və xərcləmə ilə bağlı bu psixoloji mexanizmləri bilmək xərclərə daha düzgün nəzarətə kömək edə bilər.
Birinci prinsip alternativ dəyərdir (Opportunity Cost). Hər hansı məhsul və ya xidmətə pul xərcləyərkən yalnız onun qiymətini düşünmək kifayət deyil. Həmin vəsaitdən başqa hansı məqsədlə istifadə edə biləcəyinizi də nəzərə almaq lazımdır. Bir seçim etdikdə digər mümkün seçimləri unutmamalıyıq.
İkinci məsələ inflyasiyadır . Pulu yığıb saxlamaq onun nominal məbləğini dəyişməsə də, alıcılıq qabiliyyətini azalda bilər. Buna görə maliyyə savadlılığı və pulun düzgün idarə olunması gündəlik həyat üçün vacib bacarıqlardandır.
Üçüncü prinsip vaxtın qiymətidir. Pul kimi, vaxt da məhdud resursdur. Vaxtı düzgün bölüşdürmək, gündəlik işləri daha səmərəli təşkil etmək və lazımsız proseslərə sərf olunan zamanı azaltmaq həm məhsuldarlığa, həm də ümumi rifaha müsbət təsir göstərə bilər.
Göründüyü kimi, gündəlik həyatda verdiyimiz maliyyə qərarları yalnız rəqəmlərdən və hesablamalardan ibarət deyil. Qiymət etiketindən tutmuş qazandığımız pulu necə xərcləməyimizə qədər bir çox qərarımızın arxasında psixoloji amillər dayanır.
Bu amilləri anlamaq isə daha düşünülmüş və rasional maliyyə qərarları verməyə imkan yaradır.
Məhəmmədəli Həsənli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu, iqtisadiyyatda «sol rəqəm effekti» kimi tanınan psixoloji mexanizmlə izah olunur. İnsan soldan sağa oxuduğu üçün beynimiz ilk növbədə «9» rəqəmi üzərindən qiymətləndirməyə meyllənir və 99 qəpiyi hesaba almır. Nəticədə cəmi 1 qəpiklik fərq məhsulun daha ucuz görünməsinə və alış qərarına təsir göstərir. Bu yanaşma marketinqdə geniş istifadə olunur.