A Bolanın əməkdaşından kobud səhv İdman və Biz

08.11.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliyalı jurnalist ukraynalı qapıçı Anatoliy Trubindən üzr istəyib.

İdman.biz xəbər verir ki, "A Bola"nın əməkdaşı onu rusiyalı adlandırıb.

Karlos Vara Çempionlar Liqasının "Bavariya" - "Benfika" (1:0) oyunundan sonra hazırladığı reportajda Trubini "rusiyalı qapıçı" kimi təqdim edib. Sonradan səhvini düzəldən jurnalist kobud səhvə yol verdiyini etiraf edib.

Qeyd edək ki, 23 yaşlı qapıçı bununla bağlı sosial şəbəkədə paylaşıb: "Bütün mətbuat üçün - mən ukraynalıyam".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью