A Qroup Sığorta Şirkəti nin ödənişləri azalıb

02.10.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"A-Qroup Sığorta Şirkəti”nin 8 aylıq göstəriciləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, "A-Qroup Sığorta Şirkəti” ASC cari ilin yanvar-avqust aylarında 10 milyon 585 min manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 494 min manat və ya 4,89% artım deməkdir. Ötən ilin müvafiq dövründə şirkətin yığımları 10 milyon 91 min manat olub.

Şirkətin sığorta ödənişlərinə gəldikdə isə, hesabat dövründə müştərilərə 7 milyon 180 min manat ödəniş edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1 milyon 682 min manat və ya 18,97% azalma deməkdir. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında "A-Qroup”un ödənişləri 8 milyon 862 min manat təşkil etmişdi.

Hesablamaya görə, "A-Qroup Sığorta Şirkəti” bu ilin ilk 8 ayında topladığı hər 100 manatdan 67,83 manatını ödənişlərə yönəldib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 87,82 manat olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью