“A Qroup Sığorta”nın müştərilərinə ödənişləri azalıb

27.05.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” şirkətinin yığımlarında azalma müşahidə edilib.

Valyuta.az xəbər verir ki, cari ilin ilk dörd ayında sığorta şirkəti 5 milyon 534 min manat sığorta yığımı əldə edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 856 min manat və ya 13,39% azalma deməkdir. 2024-cü ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” 6 milyon 390 min manat sığorta haqqı toplaya bilib.

Eyni dövrdə sığorta şirkəti 3 milyon 573 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 578 min manat və ya 13,92% azdır. 2024-cü ilin yanvar-aprel aylarında "A-Qroup Sığorta” 4 milyon 151 min manat sığorta ödənişi həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin də azalması ödəniş-yığım nisbətinin dəyişməsinə səbəb olub. Belə ki, 4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 64,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 65 manat olub.

Xatırladaq ki, 1995-ci ildə yaradılan və 2007-ci ildə dövlət qeydiyyatına alınan "A-Qroup Sığorta Şirkəti" ASC 10005250 manat nizamnamə kapitalına sahibdir. Şirkətin qanuni təmsilçisi isə Atakişiyev Məmməd Natiq oğludur.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью