A Seriyası: “Fiorentina” evdə “Komo”ya məğlub oldu

18.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın “Komo” futbol komandası A Seriyasının yeddinci turunda “Fiorentina”nı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Florensiyada keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki topluq üstünlük əldə ediblər.

Hesabı 32-ci dəqiqədə Mattia Liberali açıb. Cəmi dörd dəqiqə sonra Nikolas Pas fərqi iki topa çatdırıb.

Meydan sahibləri fasiləyə qədər qollardan birinin əvəzini çıxıblar. Marin Ponqraçiç 42-ci dəqiqədə fərqlənib.

İkinci hissədə də üstün oyun nümayiş etdirən “Komo” 56-cı dəqiqədə yenidən qol vurub. Anastasios Duvikas yekun hesabı müəyyənləşdirib - 1:3.

Beləliklə, “Komo” səfərdə vacib üç xal qazanıb, “Fiorentina” isə doğma meydanda növbəti məğlubiyyətlə üzləşib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью