Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İtaliya A Seriyasında VII tura start verilib.
Futbolpress.az xəbər verir ki, “Frozinone” öz meydanında “Sassuolo”nu qəbul edib. Benito Stirpe stadionunda keçirilən məhsuldar görüşdə meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanaraq 3 xalı aktivlərinə yazdırıblar. “Frozinone”nin heyətində gənc hücumçu Antonio Raymondo het-trik edərək oyuna damğa vurub.
Qeydə alınan nəticə:
İtaliya A Seriyası
VII tur
Frozinone – Sassuolo 4:2
Qollar: Cokomo Kalo, 9, Antonyo Raimondo, 26, 30, 57 – Domeniko Berardi, 15, Kristian Torstvedt, 37