A Seriyası futbolçusu Beşiktaş a keçir

29.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

A Seriyası futbolçusu "Beşiktaş"a keçir

"Beşiktaş" klubu transfer çalışmalarını davam etdirir. İstanbul təmsilçisi İtaliya A Seriyasından yarımmüdafiəçi transfer etməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, klub "İnter"in dayaq yarımmüdafiəçisi Kristian Asllaninin keçidi ilə bağlı şifahi razılıq əldə edib.

Qeyd edək ki, razılaşmaya əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Beşiktaş"da çıxış etməsi və müqavilədə oyunçunun birdəfəlik satınalma hüququ da nəzərdə tutulub. Futbolçunun maaşını isə Türkiyə klubu ödəyəcək. Asllaninin transferi rəsmiləşdirmək üçün yaxın vaxtlarda İstanbula gəlməsi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью