A Seriyası: İnter Bolonya ilə xalları yarı böldü

16.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyasında 19-cu turun oyunu çərçivəsində "İnter" "Bolonya"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, Cüzeppe Meatsa stadionunda qalibi müəyyən etmək mümkün olmayıb.

Komandalar hərəyə 2 qol vuraraq meydandan "sülh"lə ayrılıblar - 2:2.

Hazırda aktivindəki 44 xalla çempionatda 2-ci yeri tutan "neradzurri" lider "Napoli"dən 3 xal geri qalsa da, bir oyun az keçirib. "Bolonya" isə 30 xalla yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью