A seriyası: İnter Roma qarşısında acız qaldı

27.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya çempionatının 34-cü turunun "İnter"-"Roma" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, görüş Milanın San Siro (Cüzeppe Meazza) stadionunda baş tutub.

Qarşılaşma romalıların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə cinah müdafiəçisi Matias Soule fərqlənib.

Beləliklə də, "Roma" mövsüm ərzində topladığı xalların sayını 60-a çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "İnter" isə 71 xalla "Napoli" ilə zirvəni bölüşür. Sonuncuların ehtiyatda bir oyunu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью