A Seriyası: “İnter” və “Latsio” turu qalib başa vurdu

29.11.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında XIII turun matçları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Frozinone" öz meydanında "Parma" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

Lider "Latsio" səfərdə "Torino" ilə qarşılaşıb. 3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub - 2:1.

"İnter" isə doğma azarkeşlər önündə "Cenoa"nı qəbul edib. Görüş Milan təmsilçisinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

Super Liqa: XIII tura start verilib Super Liqa: XII tura yekun vurulub Nəriman Axundzadə yenə ehtiyatda qaldı “Trabzonspor” minimal hesabla qalib gəldi Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью