A Seriyası: İnterdən inamlı qələbə

24.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion "İnter" doğma meydanda autsayderlər qrupuna yaxın olan "Komo" ilə qarşılaşıb.

Matçın taleyini iki qol həll edib. 48-ci dəqiqədə Hakan Çalhanoğlunun ötürməsini qola çevirən Karlos Auqusto komandasını önə çıxarıb. 90+2-ci dəqiqədə isə Markus Türam fərqi artıraraq Milan klubuna 3 xalı qazandrıb - 1:0.

Hazırda İnzaginin yetirmələri 37 xalla ilk üçlüyü qapayırlar. Fabreqasın çalışdırdığı "Komo" isə 15 xalla 16-cı pillədə qərarlaşıb. Çempionata "İnter"dən bir oyun artıq keçirməklə 40 xal toplayan "Atalanta" başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью