Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Piza”da baş məşqçi dəyişikliyi baş verib.
Sportal.az xəbər verir ki, ötən gün A Seriyasında sonuncudan bir pillə yuxarıda qərarlaşan komanda Alberto Cilardino ilə yollarını ayırıb. O, komandada cəmi altı aydan bir qədər çox çalışmışdı.
Bu gün “Dinamo”, “Cenoa” və PSV-nin sabiq yarımmüdafiəçisi Oskar Hiljemarkın təyinatı elan olunub. Onunla müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub və bir mövsümə uzatma opsiyası var.
33 yaşlı isveçli İtaliya klubuna “Elfsborq”dan gəlib. Həmin klub son 10 rəsmi oyunun 8-də məğlub olub və çempionatı 8-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi