A Seriyası klubuna texniki məğlubiyyət verilə bilər

26.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya A Seriyası təmsilçisi "Leççe"nin futbolçuları klubun fizioterapevtinin ölümündən sonra "Atalanta" ilə oynamaq istəmirlər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Bundan əvvəl klub İtaliya çempionatının rəhbərliyinə cümə günü baş tutmalı olan görüşün təxirə salınmasını xahiş etmişdi. Nəticədə "Leççe" təmsilçiləri ilə tarix razılaşdırılmadan matç bazar gününə təyin edilib.

Komanda isə bazar gününə hazır deyil. Hadisə ilə əlaqədar futbolçular son bir neçə gündə məşq etməyiblər. "Leççe" oyuna çıxmasa, komanda texniki məğlubiyyət alacaq.

"Leççe" hazırda 26 xalla 17-ci yerdədir. Aşağı düşmə zonasında sinrakı yerləri hərəyə 25 xalı olan "Venetsiya" və" Empoli" tutur.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью