A Seriyası klubunda yeni baş məşqçi

18.03.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Campaolonun son iş yeri "Leççe" olub.

Qeyd edək ki, "Kremoneze" İtaliya A Seriyasında 29 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью