A Seriyası: “Komo” səfərdə “Torino”nu darmadağın edib VİDEO

25.11.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

A Seriyasının 12-ci turunda “Torino” evdə “Komo”ya ağır məğlubiyyətlə üzləşib.

İdman.Biz-in məlumatına görə, matç 5:1 hesabı ilə başa çatıb.

İlk hissənin sonlarında “Komo”, Ceyden Addayın ifasında hesabı 1:0 edib. Fasilədən əvvəl Nikola Vlasiç penaltidən hesabı bərabərləşdirib.

İkinci hissədə Adday uzaq məsafədən oyunda ikinci qolunu vurub. Xakobo Ramon başla zərbə ilə qonaqların üçüncü qoluna imza atıb. Nikolas Pas isə hesabı 4:1 edib. Martin Baturina isə əks-hücumda yekun hesabı müəyyən edib – 5:1.

Bu qələbə “Komo”ya “Yuventus”u qabaqlayaraq altıncı yerə yüksəlməyə imkan verib. “Torino” hazırda 11-ci yerdədir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью