Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya A Seriyasında IX tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Latsio” səfərdə “Sassuolo” ilə üz-üzə gəlib. 8 qolun vurulduğu matçda qonaqlar 6:2 hesablı qələbə qazanıb.
“Roma” doğma meydanda “Kalyari”ni qəbul edib. “Canavarlar” rəqibini 4:2 hesabı ilə məğlub edib.
“Komo” isə səfərdə “Torino”dan üstün olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Latsio” 25 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 22 xal olan “İnter” ikinci, 21 xala malik “Roma” isə üçüncü pillədə qərarlaşıb.
“Milan”dan səfər qələbəsi Toralın komandası liderliyini davam etdirir “Liverpul”dan qələbə, “Yunayted” darmadağın oldu “Atletiko” qalib gəldi, Alvarez 8 aylıq qol həsrətinə son qoydu Qattuzo möcüzəsi davam edir – 8 oyunda 7 qələbə