Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
İtaliya A Seriyasında XII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, günün ən diqqətçəkən görüşündə “Parma” doğma meydanda “Roma”nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:1 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Donyell Malen pokeredərək matçın qəhrəmanına çevrilib, digər qolu isə Rodriqo Mora vurub. Meydan sahiblərinin təsəlli qoluna Nesta Elfeye imza atıb.
Gecənin son matçında “Napoli” evdə “Torino”nu qəbul edib və Skott Maktomineyin 73-cü dəqiqədə vurduğu yeganə qolla minimal hesablı qələbəyə sevinib – 1:0.
“Latsio” doğma meydanda “Leççe”yə heç bir şans tanımayıb – 3:0. Paytaxt klubunun heyətində Tiyani Noslin dubl edib, son nöqtəni isə 90-cı dəqiqədə Davide Frattezi qoyub.
Qeydə alınan nəticələr:
İtaliya A Seriyası
XII tur
21 noyabr
“Komo” – “Kalyari” 2:0
Qollar: Yakobo Ramon, 24, Lukas Da Kunya, 56
“Latsio” – “Leççe” 3:0
Qollar: Tiyani Noslin, 25, 68, Davide Frattezi, 90
“Parma” – “Roma” 1:5
Qollar: Nesta Elfeye, 54 – Donyell Malen, 39, 68, 77, 90, Rodriqo Mora, 71
“Napoli” – “Torino” 1:0
Qol: Skott Maktominey, 73