A Seriyası: Milan 3 xalı 3 qolla aldı

01.12.2024

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya A Seriyasının 14-cü turunda "Milan" - "Empoli" görüşü başa çatıb.

Komandalar Milandakı "San Siro" stadionunda qarşılaşıblar.

Matçda meydan sahibləri 3:0 hesabı ilə inamlı qələbə qazanıblar.

Görüşün 19-cu dəqiqəsində "Milan"ın ispaniyalı hücumçusu Morata komandasını hesabda irəli çıxarıb. 44-cü və 69-cu dəqiqələrdə isə yarımmüdafiəçi Reynders dubl edib.

Bu qələbədən sonra "Milan" 22 xal toplayıb. "Qırmızı-qaralar" İtaliya çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. "Empoli" 16 xalla 10-cu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью